Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı

Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları 22 vilayətdə genişmiqyaslı antiterror əməliyyatı keçirib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində PKK ilə əlaqəsi olan 239 şübhəli şəxs saxlanılıb.
Keçirilən tədbirlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən odlu silah-sursat, o cümlədən külli miqdarda təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR