Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq

Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq

Moskva "qırmızı xətlər” mövzusunu bir kənara qoyacaq və nüvə təhlükələri ilə bağlı Qərbə güzgü effekti əsasında cavab verəcək.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Qərbdə "Rusiyaya münasibətdə strateji qeyri-müəyyənlik göstərmək lazımdır” fikri dəb halını alıb ki, Moskva NATO-nun bu və ya digər vəziyyətdə necə davranacağını bilməsin:
"Lakin bu qeyri-müəyyənlik həmişə Qərb qrupunun, o cümlədən nüvə silahı ilə bağlı mövzularda doktrinal yanaşmaları üçün xarakterik olub. Burada biz də güzgü effekti göstərəcəyik. Ona görə də "qırmızı xətlər” mövzusunu bir kənara qoyacağıq”.
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR