Tramp jurnalisti məhkəməyə verib: Ondan icazəsiz…

Tramp jurnalisti məhkəməyə verib: Ondan icazəsiz…
  • DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Bob Vudvordu onun razılığı olmadan müsahibəsini dərc etdiyinə görə məhkəməyə verib.
Aktual.az xəbər verir ki, bu barədə "Politico” qəzeti yazır.
İddiada deyilirdi ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatı yalnız gələcək çap olunan kitab üçün təqdim edir. Siyasətçi qeyd edib ki, jurnalist yazıları ondan xəbərsiz dərc edib ki, bu da müəllif hüquqlarını pozur.
Tramp 50 milyon dollar təzminat tələb edir. Onun şikayəti üzrə iş ABŞ-ın Florida ştatının Pensakola bölgə məhkəməsinə verilib.
Qeyd edək ki, Vudvord "The Washington Post” qəzetinin əməkdaşıdır. O, Uotergeyt qalmaqalına (1972-1974) və ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olan jurnalist araşdırmasının iştirakçılarından biridir.

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR