"Şalvarına sahiblik edə bilməyən - Qənimət!" - Deputatdan sillə kimi sözlər!


"Qənimət Zahid andiçmə mərasimi haqda söylədiyi fikirlərlə və yazdığı yaramaz statusla bir daha göstərdi ki, o, nə qədər tərbiyəsiz, əxlaqsız və vicdansız biridir. Bu adam xarici kəşfiyyatdan, məskunlaşdığı ölkənin xüsusi xidmət orqanından, erməni lobbisindən daha çox pul, qrant, maaş qopartmaq üçün hər cür şərəfsizliyi edir, hər cür alçaqlığa, ləyaqətsizliyə, nakişiliyə imza atır”.
 
Aktual.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.


Deputat sözlərinə belə davam edib:
 
"Bir anlıq yadıma bilirsinizmi nə düşdü? Qənimətin paltarsız şəkildə kameralara tuş gələn videosu. O video ki, illər öncə çəkilmişdi. Bakıda. Restoranda. Əxlaqsız qadınlarla bərabər. Yığmışdı onları başına, eyş-işrət məclisi qurmuşdu. Üstəlik, lül-qəmbər.
Yəni, demək istədiyim odur ki, bu gün mövcud hakimiyyəti topa tutan, onun haqda danışan gədə, bax, həmin Qənimətdir. Binamus Qənimət! Siyasi bomj -Qənimət! Bərli-bəzəkli videoları ilə "göz oxşayan” Qənimət! Ailəsinin, arvadının, qızının yanında rüsvay olan - Qənimət! Restorandan daha çox "əxlaqsızlıq yuvası” kimi tanınan bütün obyektlərin ən məşhur "kliyent”i, ismi – Qənimət! Şalvarına sahiblik edə bilməyən - Qənimət! Milli maraqları xarici piştaxtalarda keçi qiymətinə satmağa hazır olan, vətən xaini – Qənimət! Əli Kərimlinin tulası – Qənimət!

Belələrinin keçmişini yadlarına salmasaq, belələrinin özlərini Mirzə Cəlil kimi aparmasına imkan versək, belələrinin kiməsə əxlaq, mənəviyyat dərsi keçməsinə göz yumsaq, bu, tarix qarşısında da, Tanrı qarşısında da, bəndə qarşısında da ən böyük günah olar!”.
Xəbər 3534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR