Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Monitorinq Mərkəzi üç il ərzində üç ölkənin hərbçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub.
Aktual.az xəbər verir ki, bunu həmin rayonda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov deyib.
General-polkovnik qeyd edib ki, mərkəzin fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına etibarlı nəzarət sistemi qurmağa müvəffəq olublar:
"Rusiya və Türkiyə sülhməramlıları müsibətlər görmüş torpaqlarda əmin-amanlığın yaranması üçün möhkəm təməl qurublar. Qarşıya qoyulan bütün vəzifələr Rusiya və Türkiyədən olan həmkarlar tərəfindən işgüzar, dostluq şəraitində həll olunurdu”.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR