“Qərb KTMT-ni təhlükə hesab edir”-Lavrov

“Qərb KTMT-ni təhlükə hesab edir”-Lavrov

"Qərb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) onun beynəlxalq aləmdəki hegemonluğu üçün təhlükə hesab edir”.
Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT xarici işlər nazirinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündən sonra jurnalistlərə bildirib.
"Qeyd etdik ki, bu təşkilat, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı BRİKS Qərb tərəfindən beynəlxalq aləmdə hegemonluğuna təhlükə kimi, Qərbin gələcək çoxqütblü dünya nizamının formalaşmaqda olan mərkəzləri kimi qəbul edilir. Moskva Qərbin KTMT üzvləri, eləcə də BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və ondan asılı olmayan digər strukturların sıralarında parçalanma yaratmaq üçün çıxılmaz, aqressiv hərəkətlərini, o cümlədən nizam-intizam üçün natəmiz üsullara əl atmaq cəhdlərini görür”.
Lavrov bildirib ki, tərəflər Lukaşenko ilə bir saat yarımlıq söhbət aparıblar və o, dünyada mövcud vəziyyətlə bağlı öz qiymətləndirmələrini təqdim edib. Bu qiymətləndirmələr ümumi fəaliyyətlərdən irəli gəlir və KTMT-nin gələcək inkişafına haqq qazandırır.
İclas iştirakçıları belə qənaətə gəliblər ki, Qərbdən gələn o təzyiqlərə müqavimət göstərmək və müttəfiqlik öhdəliklərini tam yerinə yetirmək, həmrəyliyi gücləndirmək lazımdır:
"Belarus prezidenti vurğuladı ki, alyansın mənəvi borcunun tələb etdiyi, eyni zamanda sırf praqmatik maraqlar da budur. Çünki sonda biz hamımız KTMT, MDB, Avrasiya İqtisadi İttifaqı və təbii ki, İttifaq dövləti çərçivəsində birgə yaşayıb problemlərimizi birgə həll etməliyik. Biz bir-birimizdən heç yerə qaçmayacağıq”, – deyə Lavrov bildirib.

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR