Rusiya prezidenti Vladimir Putin bildirib ki, ötən il ölkə hakimiyyəti və biznesi tərəfindən seçilən strategiya işləyib və getdikcə geniş vüsət alır.
Aktual.az Elchi.az-a istinadən bildirir ki, Putin bunu SPİEF-2023-ün plenar iclasında çıxışı zamanı deyib.
Putin Rusiyanın ÜDM artımının ilin sonuna kimi 2%-dən aşağı ola biləcəyinə diqqət çəkib. Belə ki, aprel ayında ÜDM 3,3% artıb. Bu tendensiya ölkəyə dünyanın aparıcı dövlətləri sırasında yerini qoruyub saxlamağa imkan verəcək.
Qeyd edək ki, daha əvvəl prezidentin mətbuat katibi Vladimir Putinin SPİEF-də iştirakı zamanı cümə və şənbə günləri iş qrafikinin kifayət qədər sıx olacağını bildirmişdi.
Xəbər 956 dəfə oxunub.