Mişel: “Aİ 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır”

Mişel: “Aİ 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır”
  • DÜNYA

"Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər birliyə yeni üzvləri qəbul etməyə hazır olmalıdır”.

Aktual.az Elchi.az-a istinadən bildirir ki, "Financial Times” (Ft.com) qəzeti məlumat verib ki, bu fikirləri Avropa Şurasının prezidenti Şarl Mişel Sloveniyanın Bled şəhərində keçirilən XVIII Beynəlxalq Strateji Konfransın açılışı zamanı bildirib.

"Əgər onların bizə etibar etmələrini istəyiriksə, son tarixlər haqqında danışmalıyıq. Növbəti strateji gündəliyi hazırlayarkən qarşımıza dəqiq hədəf qoymalıyıq. 2030-cu ilə qədər hər iki tərəfdən genişlənməyə hazır olmalıyıq. İndi biz genişlənməyə əsas qayğılarımızdan biri kimi baxmalıyıq. Bu, iddialıdır, lakin həm Aİ, həm də onun gələcək üzv ölkələri üçün lazımdır”, – deyə Mişel bildirib.

Məlumat üçün bildirək ki, hazırda Aİ üzvlüyünə rəsmi namizədlər Albaniya, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqrodur.


Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR