Tramp elan etdi: HƏMAS tam tərk-silaha razılıq verdi

Tramp elan etdi: HƏMAS tam tərk-silaha razılıq verdi

Qəzzada HƏMAS və Sülh Şurası arasında tam tərk-silah barədə razılıq əldə olunub.

Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social” şəbəkəsində yazıb.

O bildirib ki, Qəzzada təhlükə bir daha yaranmayacaq:

"Razılaşmaya əsasən, Qəzzadakı bütün digər silahlı qruplaşmalar da tərk-silah edilməlidir. Silahsızlaşdırma prosesi irəlilədikcə, İsrail qüvvələri nəzarətə götürdüyü ərazilərdən mərhələli şəkildə geri çəkiləcək. Saziş Qəzzanın Sülh Şurası ilə əməkdaşlıq çərçivəsində yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına imkan verəcək. Anklav artıq terror hücumları üçün baza olmayacağına görə İsrail layiq olduğu təhlükəsizliyi əldə edəcək”.

Qeyd edək ki, "Əl-Hədəs” nəşri HƏMAS hərəkatı və Fələstinin digər qruplaşmalarının Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmanın bütün bəndlərini qəbul etdiklərini yazmışdı.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR