Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ

Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ

ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda Türkiyənin F-35 qırıcılarının alınması üçün tələb olunan şərtlərə hələ də cavab vermədiyini bildirib.

Aktual.az xəbər verir ki, bu barədə Fox News telekanalı Dövlət Departamentinin Konqresə 22 iyul tarixində göndərdiyi məktuba istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinə və onlarla əlaqəli avadanlıqlara malik olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almayacağına dair öhdəlik götürmədiyi və Konqresin müəyyən etdiyi digər sertifikatlaşdırma tələblərini yerinə yetirmədiyi halda F-35 qırıcıları ona təhvil verilə bilməz.

Dövlət Departamenti məktubda vurğulayıb ki, hazırda Türkiyə bu tələblərə cavab vermir.

Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion S-400 zenit-raket kompleksi aldıqdan sonra F-35 proqramından çıxarılmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il iyulun 7-8-də keçirilən NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının verilməsinə müsbət yanaşdığını bildirmişdi. Donald Tramp isə öz növbəsində satışın təsdiqlənməsinə meyilli olduğunu desə də, yekun qərarın hələ qəbul edilmədiyini və məsələnin qiymətləndirildiyini vurğulamışdı.
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR