ABŞ hər gün əllərini yeni bir cinayətə bulayır. Qeşm adasında mülki şəxslərin yaşayış evlərinə qarşı törədilən terror hücumu Minab və Lamerddə baş verən vəhşiliklərin davamıdır.
Aktual.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
"Amerikalılar döyüş meydanında aldıqları zərbələrin əvəzini günahsız insanların qanını tökməklə çıxmağa adət ediblər. Onlar bunun bədəlini ödəyəcəklər”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 3 üzvü ölüb.
Xəbər 71 dəfə oxunub.