Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Bir çox hallarda mənzil alan vətəndaşlar çıxarışda göstərilən sahənin müqavilədə qeyd olunan ölçüdən az olduğunu gördükdə tikinti şirkətinin öhdəliyini pozduğunu düşünür. Lakin Ali Məhkəmənin izahına görə, belə mübahisələrdə əsas meyar tərəflər arasında bağlanmış müqavilənin şərtləridir.

Aktual.az xəbər verir ki, müqavilədə sahənin hesablanma qaydası ayrıca göstərilibsə, məsələ həmin şərtlərə uyğun qiymətləndirilir. Belə razılaşma olmadıqda isə əsas götürülən göstərici mənzilin faktiki işçi sahəsi hesab olunur. Ölçmə zamanı bu sahə müqavilədə göstərilən ölçüyə uyğun çıxarsa, şirkət öhdəliyini yerinə yetirmiş sayılır. Faktiki sahənin daha az olduğu müəyyən edilərsə, bu, müqavilənin qüsurlu icrası kimi qiymətləndirilir.

Ali Məhkəmə vurğulayır ki, çıxarışda qeyd olunan ümumi sahə şəhərsalma normalarına əsasən hesablanır və eyvan, terras kimi hissələr 0.3 əmsalla nəzərə alınır. Buna görə də yalnız bu hesablanma fərqinə görə çıxarışdakı sahənin az olması tikinti şirkətinin müqaviləni pozduğu anlamına gəlmir.

Əgər faktiki sahə çatışmazlığı təsdiqlənərsə, alıcı çatışmayan kvadratmetrlərin dəyərinin ödənilməsini tələb edə bilər. Kompensasiya məbləği iddiaya baxıldığı dövrdəki bazar qiymətləri əsasında müəyyən edilir. Bu cür tələblər üzrə məhkəməyə müraciət müddəti mənzilin təhvil verildiyi tarixdən etibarən 5 il təşkil edir. (milli.az)
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR