Təhsil naziri Qubada vətəndaşlarla görüşüb

Təhsil naziri Qubada vətəndaşlarla görüşüb

Bu gün təhsil naziri Mikayıl Cabbarov Quba şəhəri, Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 78 nəfər vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən işədüzəltmə, distant təhsil, müəllimlərin attestasiyası, kənd və rayon məktəblərində iş yerlərinin dəyişdirilməsi, dərs saatlarının artırılması, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqının ödənilməsi və bir sıra digər məsələlərlə bağlı olub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərin çoxu yerindəcə həll edilib. Araşdırılması zəruri hesab olunan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR