Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində "Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.
Bu barədə
Aktual.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
Xatırladaq ki, "Təmiz hava aylığı” ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.
Xəbər 50 dəfə oxunub.