"Spartak"ın "Neftçi"dən təzminat almaq cəhdi baş tutmadı

  • İDMAN

26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb edib.

Aktual.az Bakı klubunun saytına istinadən məlumat verir ki, 19.02.2015-ci il tarixdə Moskva klubu FIFA qarşısında tələb olunan təzminatın “Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə “Neftçi” tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FIFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli Məsələlərin Həlli Şurası proseslə bağlı “Neftçi” tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib.

Aktual.az

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR