“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA

“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA

"Space” TV-də müvəqqəti rəhbər olaraq vəzifəsinin icrasına başlayan Kamil Şahverdiyev telekanalda hansı dəyişikliklər edəcək?

"Space” TV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Elgün Modern.az-a açıqlamasında deyib ki, hələ ki ciddi dəyişikliklər barədə məlumat yoxdur.

Onun sözlərinə görə, Vaqif  Mustafayevin vaxtından yayımlanan "Bu zalım dünyada doğulma” (Amaci) hind serialı dayandırılıb:

"Kanalın rəhbəri vəzifəsinə Kamil müəllimin təyinatından sonra "Bu zalım dünyada doğulma” serialının yayımı dayandırılıb. Bunun səbəbi isə serialın insanların zövqünə uyğun olmamasıdır”.

E.Elgün qeyd edib ki, hələ ki yeni qərarlar nəzərdə tutulmur:

"Digər hind filmlərinin yayımlanmasında heç bir problem gözlənilmir. Sadəcə, tez-tez verilməsinin mənası yoxdur. Əgər yeni hind filmləri çəkilərsə, yayımlanacaq.

Hələ ki qərar "Amaci” serialı ilə bağlıdır, əlavə dəyişikliklər olarsa, rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, 2006-cı ildən "Space” TV-yə rəhbərlik edən Vaqif Mustafayev 2021-ci il fevralın 5-də tutduğu vəzifədən azad olunub.

Kamil Şahverdiyev "Space” TV-də rəhbər vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR