Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.
Aktual.az xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Qeyd edək ki, əməkdar artist, qarmon ustası Gülbahar Şükürlü ötən gün vəfat edib. 62 yaşlı sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xəbər 3180 dəfə oxunub.