2026-cı ilin əvvəlinə Azərbaycanda 65 və yuxarı yaşda 1 milyon 86 min 400 nəfər yaşayır. Onların 496 min 800 nəfəri 65–69 yaşda, 589 min 600 nəfəri isə 70 və yuxarı yaşdadır. Bu yaş qrupunda olanlar ölkə əhalisinin təxminən 10,6 faizini təşkil edir. Ölkə əhalisinin 10.6%-ni təşkil edən 65 və yuxarı yaş qrupundakı şəxslərin sayının (1 milyon 86 min 400 nəfər) çoxalması əhali yaşlanması prosesinin artdığını göstərir ki, bu da evdə sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.
Sosial Xidmətlər Agentliyindən Aktual.az-a bildirilib ki, sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.
Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3010 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb olunub. Onların 2792 nəfəri ahıl şəxslərdir. Xidmət göstərilən şəxslərin 478-i əlilliyi olanlardır ki, onlardan 218 nəfərinin yaşı 70-dən aşağıdır.
Xəbər 38 dəfə oxunub.