Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada illik inflyasiya sentyabr ayında 3,8%-ə çatıb ki, bu da avqust ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

Aktual.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi Eurostatın ilkin hesablamasında bildirilib.

İnflyasiyanın əsas komponentləri arasında ən yüksək artım enerji qiymətlərində qeydə alınıb. Sentyabrda enerji qiymətləri illik ifadədə 18,8% bahalaşıb. Avqustda isə bu göstərici 14,3% təşkil edib.

Xidmətlərin qiymətləri 3,2% artıb. Əvvəlki ayda artım 3% olub. Ərzaq məhsulları, alkoqollu içkilər və tütünün qiymətlərində illik artım 1,4%-ə yüksəlib. Avqustda bu rəqəm 1,1% olub.

Enerjidən başqa sənaye mallarının qiymətlərində isə əksinə, artım 1,2%-dən 1,1%-ə zəifləyib.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR