Bu türk ölkəsi ilk dəfə milli peykini kosmosa göndərdi

Bu türk ölkəsi ilk dəfə milli peykini kosmosa göndərdi
  • DÜNYA

Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib.

Aktual.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, buraxılış oktyabrın 1-də ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq bazasından "SpeysX” şirkətinə məxsus "Falcon 9” daşıyıcı raketi ilə həyata keçirilib.

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-a işgüzar səfəri çərçivəsində buraxılış mərasimində iştirak edib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Onun idarə edilməsi Bişkekdəki mərkəzdən həyata keçiriləcək.

Peyk kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su obyektlərinin, meşələrin və otlaqların monitorinqi, həmçinin təbii ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsi üçün nəzərdə tutulub. Onun məlumatlarından yeraltı sərvətlərdən qanunsuz istifadənin qarşısını almaq, icazəsiz tullantı poliqonları və digər çirklənmə mənbələrinin müəyyənləşdirilməsi üçün istifadə olunması planlaşdırılır.

Bundan əlavə, peyk məlumatları quraqlıq, daşqın, torpaq sürüşməsi, sel və meşə yanğınları da daxil olmaqla, təbii risklərin monitorinqində tətbiq ediləcək. Prezident Administrasiyasının qeyd etdiyi kimi, bu, potensial təhlükələrin daha operativ müəyyənləşdirilməsinə və mümkün zərərin azaldılması üçün tədbirlərin görülməsinə imkan verəcək.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR