“Sofiya”nın Azərbaycana gətirilməsi üçün pul xərclənməyib – RƏSMİ

“Sofiya”nın Azərbaycana gətirilməsi üçün pul xərclənməyib – RƏSMİ

Robot "Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:
"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".
E.Niftəliyevin sözlərinə görə, "Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR