SOCAR işçi axtarır - 1018 manat maaş

SOCAR işçi axtarır   - 1018 manat maaş

Dövlət Neft Şirkətinin (SOCAR) yanında “Azneft” İstehsalat Birliyi mədəniyyət evinin direktoru vəzifəsi üzrə vakansiya elan edib.

Aktual.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Şirkətdən verilən məlumata görə, mədəniyyət evinin direktoru vəzifəsi üzrə maaşın məbləği 1018 manat təşkil edir.

Bu vəzifəyə namizəd olan şəxslər bakalavr təhsili olmalı və bu sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi olmalıdır.

Qeyd edək ki, vakansiya üzrə son müraciət tarixi iyunun 13-dəkdir.

Xəbər 1051 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR