Şirvanda neft quyusundan qaz püskürdü

Şirvanda neft quyusundan qaz püskürdü

Şirvanda neft quyusundan qaz püskürüb.
Aktual.az xəbər verir ki, hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvvəsi cəlb olunub.
Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Bu barədə FHN-dən bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
Xəbər 1727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR