Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (07.09.2026 - 13.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Aktual.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 113 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 426 Partlamamış Hərbi Sursat aşkarlanıb.

Bildirilib ki, 1348,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR