Səyyad Əlizadənin oğlu: “Atamın öldüyünü “Instagram”dan öyrəndim”(VİDEO)

Səyyad Əlizadənin oğlu: “Atamın öldüyünü “Instagram”dan öyrəndim”(VİDEO)

ARB TV-nin "O Üz” verilişinin növbəti buraxılışı müğənni Səyyad Əlizadəyə həsr olunub.

Mərhum sənətçi Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atasının ölümündən danışıb:

"Çox heyif ki, bu dünyanı tez tərk etdi. Onunla ənənəmiz var idi, hər il bir dəfə zooparka gedirdik və şəkil çəkdirirdik. Bu, 6 il davam etdi. Təhsilimlə çox maraqlanırdı. Deyirdi ki, yaxşı təhsil al, gələcəkdə bizə və ailənə yaxşı dəstək ola biləsən. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəyəm. Avqustun 23-24-ü kəndimizə getdik. Nənəmgilin dəfn olduğu qəbiristanlıq var. Nə zaman qəbiristanlığa getsək, oranı özü təmizləyərdi və mənə də kömək üçün icazə verərdi. Bu dəfə icazə vermədi, tək özü etdi. Atam ağır halda xəstəxanaya aparıldı, amma sağalacağına inanırdım. Axşam saat 10 radələri idi, "Instagram”ı açdım, birinci atamın şəkli gəldi və "Allah rəhmət etsin, çox heyif” yazılmışdı. Onda bütün dünya başıma uçdu. Sonra evdəkilərdən zəng gəldi ki, atanın vəziyyəti ağırdır, gəl bura. Onda anladım ki, atam vəfat etdi. Bir gün olacaqdı, amma belə tez olacağını bilmirdim”.

Daha ətraflı süjetdə:

Xəbər 11705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR