Bakıda avtobus sürücüsü ağlayan körpəni belə sakitləşdirdi - Video

Bakıda avtobus sürücüsü ağlayan körpəni belə sakitləşdirdi - Video

Sosial şəbəkədə ağlayan körpəni qucağına götürərək sakitləşdirən "BakuBus” sürücüsünün görüntüləri yayılıb.

Aktual.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin bildirdiyinə görə, görüntülər fevralın 2-si "BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib. Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb:

"Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir. Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir”.

M. Ağayevin sözlərinə görə, 6 ildir ki, sözügedən MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Xəbər 5290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR