Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cərimələnəcəklər

Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cərimələnəcəklər

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər. 
 
Bunu "Report”a paytaxt sakinləri bildiriblər.
Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report”a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək”.
 
Aktual.az
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR