Səfir: Azərbaycanlı turistlər qorxmasın

Səfir: Azərbaycanlı turistlər qorxmasın

“Türkiyə dünyanın turizm məqsədi ilə gedilən digər ölkələrindən heç bir fərqi olmayan etibarlı, təhlükəsiz bir ölkədir".

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, terror təhlükəsi Türkiyədə də var, lakin bu təkcə Türkiyəyə aid problem deyil:

“Yaxın vaxtlarda fərqli ölkələrdə yaşanan hücumları hamımız gördük. Bu, dünyanın çox acı reallığıdır. Türkiyə terror təhlükəsinə qarşı çox ciddi mübarizə aparan ölkədir, təcrübəmiz var və buna qarşı lazımi tədbirlər görürük”.

Səfir bildirib ki, iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra ölkəyə gələn turistlərin sayında cüzi azalma hiss olunub:

“Amma Türk Hava Yollarının, Türkiyənin turizm qurumlarının məlumatlarına görə, turist sayında, xüsusilə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi bir azalma yoxdur”. 

Səfir qeyd edib ki, ölkədə fövqəladə vəziyyətin elan olunması əslində həyatın normala dönməsini təmin etmək üçün verilən qərardır:

“Azərbaycanlı qardaşlarımızın ürəyi rahat olsun, Türkiyə həm dik ayaqdadır, həm də turizm potensialı ilə həmişə olduğu kimi onların xidmətindədir”.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR