Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var

Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var

Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub. 

"Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 

*** 

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR