Sabahın hava PROQNOZU: temperatur 4-7° aşağı düşəcək

Sabahın hava PROQNOZU: temperatur 4-7° aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 6-9° isti, gündüz 17-22° isti, Bakıda gecə 6-8° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın  rayonlarlnda sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR