Ukraynaya ticarət blokadası tətbiq etmək kampaniyasının bir hissəsi olaraq Rusiya tezliklə Ukrayna-Polşa sərhədindəki keçid məntəqələrinə hücum edə bilər.
Aktual.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
O, rusların Odessa bölgəsində Ukrayna və Moldova arasında sərhəd keçid məntəqələrinə hücumlarını nümunə göstərib.
Tuskun sözlərinə görə, Rusiyanın kütləvi hücumu zamanı Ukrayna və Polşa xidmətlərinin əməkdaşlığı sayəsində sərhəd keçid məntəqələrindən birinə birbaşa təhlükə aradan qaldırılıb.
Polşa rəsmisi təfərrüatlar verməyib, lakin rusların Polşa-Ukrayna sərhədindəki sərhəd keçid məntəqələrinə hücuma cəhd edəcəyinə əminliyini ifadə edib.
Xəbər 30 dəfə oxunub.