Sentyabrın 28-nə "Rosatom”un baş direktoru Aleksey Lixaçevin Ermənistana səfəri planlaşdırılıb.
Aktual.az xəbər verir ki, bunu Rusiya Nüvə Sənayesinin Özünütənzimləmə Təşkilatlarının prezidenti Viktor Opekunov deyib.
"Lixaçev "Rosatom”un Ermənistanın nüvə energetikasının inkişafında mümkün iştirakı ilə bağlı danışıqlar aparmağı, həmçinin yeni AES-in tikintisi məsələsini müzakirə etməyi planlaşdırır. Bu məsələ artıq uzun müddətdir müzakirə olunur. Rusiya Ermənistana dünyada qabaqcıl mövqedə olan texnologiyalar təklif edir. "Rosatom” sadəcə atom elektrik stansiyası tikməyi deyil, layihənin hazırlanması, tikinti, yanacaqla təminat, texniki xidmət, istifadə olunmuş nüvə yanacağının sonrakı emal üçün Rusiyaya aparılması imkanları və mütəxəssislərin hazırlanmasını əhatə edən tam dövrü təklif edir”, - o bildirib
Xəbər 34 dəfə oxunub.