Ruhani: ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir

Ruhani: ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir
  • DÜNYA

Suriya münaqişəsinin nizamlanması məsələsində ABŞ-dan hər hansı bir müsbət rol gözlənilmir.


Aktual.az  Trend-ə istinadən bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

İran dövlət başçısı bildirib ki, ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir:

"ABŞ Suriyada yalnız aqressiya və ekstremizmi dəstəkləməklə məşğuldur".

H.Ruhani bildirib ki, ABŞ-ın Suriyanın işlərinə qanunsuz müdaxiləsi heç bir beynəlxalq qaydalara sığmır və Suriyada dayanıqlı sülhün bərqərar olunmasını çətinləşdirir.

 
Aktual.az 
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR