Lavrov İrəvanda fotoqrafla DALAŞDI - FOTOLAR

Lavrov İrəvanda fotoqrafla DALAŞDI - FOTOLAR
  • DÜNYA

Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov noyabrın 23-ü İrəvanda KTMT-nin sammitində iştirak edib.
 
Aktual.az-ın "Qazeta.ru”ya istinadən məlumatına görə, sammit çərçivəsində KTMT ölkələrinin nümayəndələri birgə foto çəkdirərkən Lavrov tədbiri lentə alan fotoqrafa irad bildirib. Onun bu addımı erməni mediasında müzakirələrə səbəb olub.
 
Məlumata görə, fotoqraf hər kəsin kadra düşə bilməsi üçün Ermənistanın müdafiə naziri Suren Papikyandan bir qədər sağa çəkilməsini xahiş edib. Bəzi məlumatlara görə isə, fotoqraf bu xahişini məhz Lavrova ünvanlayıb.
 
Rusiya XİN rəhbəri isə fotoqrafın bu xahişinə cavabında ondan öz öhdəliklərini yerinə yetirməsini tələb edib: "Başqa nə istəyirsiniz? Sizin işiniz foto çəkməkdir, göstəriş vermək yox!”
 
Bildirilir ki, Lavrov daha sonra ikinci sırada dayanan Rusiya müdafiə naziri Sergey Şoyqunun da kadra düşməsi üçün bir qədər aşağı əyilib.

Xatırladaq ki, Sergey Lavrov müxtəlif tədbirlər zamanı jurnalistlərə sərt cavab verməsi ilə tez-tez gündəmə gəlir. (qafqazinfo)


Xəbər 1788 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR