Rusiya bu ölkədə təxribata hazırlaşır – Kəşfiyyat

Rusiya bu ölkədə təxribata hazırlaşır – Kəşfiyyat

Rusiya Moldovada keçiriləcək prezident seçkiləri və Avropa Birliyinə üzv olmaq üçün referendum ərəfəsində ona qarşı hibrid hücum planlaşdırır.
Aktual.az xəbər verir ki, "Blumberq” Britaniya kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, Böyük Britaniya yaxın aylarda rus agentlərinin təhdidinə qarşı çıxmaq üçün Moldova hakimiyyəti ilə kəşfiyyat məlumatlarını bölüşəcək.
Qeyd edək ki, Moldovada seçki oktyabrın 20-də keçiriləcək. Moldovanın avropapərəst Prezidenti Maya Sandu ikinci müddətə namizəd olacaq. Həmin gün ölkənin AB-yə daxil olması ilə bağlı referendum keçiriləcək.
Xəbər 2177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR