Ronaldo növbəti rekorda imza atdı

Ronaldo növbəti rekorda imza atdı
  • İDMAN

İspaniya klubu "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Çempionlar Liqası"ın qrup mərhələsində 11 qol vuraraq, turnir tarixində vurulan qolların sayı üzrə yeni rekorda imza atıb.

Aktual.az Trend-ə istinadən məlumat verir ki, "Real" qrup mərhələsinin sonuncu oyunu çərçivəsində Madriddə İsveç təmsilçisi "Malmö"nü qəbul edib. Oyun 8:0 hesabı ilə madridlilərin xeyirinə başa çatıb. Cavabsız 8 qoldan dördünü Ronaldo vurub, bununla da turnirin qrup mərhələsində hesabında olan qolların sayını 11-ə çattırıb.

Qeyd edək ki, öncəki rekord (9 qol) Ronaldoya (2013/14 mövsümü) və o zaman "Şaxter"un heyətində çıxış edən Luis Adrianoya (2014/15 mövsümü) məxsus idi.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR