Çempionlar Liqası: “Mançester Siti” “Real”la üz-üzə gələcək

Çempionlar Liqası: “Mançester Siti” “Real”la üz-üzə gələcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Aktual.az  xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.
"Etihad” stadionunda baş tutacaq matçda "Mançetser Siti” İspaniya nəhəngi "Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.
"Bavariya” - "Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə "Alyans Arena”da aydınlıq gətirəcəklər.
Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları

17 aprel
23:00. "Mançester Siti” (İngiltərə) - "Real” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, "Etihad” stadionu.
İlk oyun – 3:3.
23:00. "Bavariya” (Almaniya) - "Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, "Alyans Arena”.
İlk oyun – 2:2.
Xatırladaq ki, yarımfinal oyunlarının ilk cütlüyü artıq məlum olub. Bu mərhələdə Fransanın PSJ və Almaniyanın "Borussiya” (Dortmund) klubları üz-üzə gələcəklər.

Xəbər 91 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR