"Girin, yerin dibinə, erməniyə satılmış şərəfsizlər!” — Deputat


"Mühacirət adı ilə ölkədən qaçan, xüsusi xidmət orqanlarının əlində alət olan, xarici piştaxtalarda özlərinə yiyə axtaran, erməni lobbisinə sığınan, satılan və onların maliyyəsindən bəhrələnən namərdlər, əclaflar, anti-milli ünsürlər, vətən xainləri hər fürsətdə, hər imkanda ifşa edilməli, belələrinə münasibətdə ən kəskin mövqe sərgilənməlidir. Niyə? Çünki vətən satmaq binamusluğun kuliminasiyasıdır.  Çünki erməni maliyyəsi ilə öz dövlətinə qarşı çıxmaq şərəfsizliyin zirvəsidir. Çünki  100 evro müqabilində kimlərinsə oyuncağına, əmr quluna, "əl meymunu”na çevrilmək rəzilliyin də, alçaqlığın da ən qurtaran nöqtəsidir. ” 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev xaricdə "siyasi mühacir” və "bloqer” adı ilə fəaliyyət göstərən cinayətkar qruplaşmanın "Berlin aksiyası”na münasibət bildirərkən söyləyib.

"Baxıram, Əfqan Muxtarlıya, onun psixopat hərəkətlərinə, inanın, heyrət edirəm. İnsan nə qədər mənəviyyatsız, ikiüzlü, yaramaz olar. Həbsə düşəndə quzuya, dovşana dönmüşdü. Amma indi özünü şir kimi aparır. Səviyyəsiz gədə! Tərbiyəsiz adam. Nə var-nə var 5 manat pul qazanacaq, özünü qoyub axırıncı yola.

Erməni ovcunda girrələnən mühacirlərin Berlindəki "aksiya”sında cəmi 4 nəfər üzdəniraq vardı. Bir-bir saydım. Amma nə qəribədir ki, bu satqınlar, üzdəniraqlar həmin sayı göstərməkdən, yayınlamaqdan belə utanmadılar. Əksinə, elə bəh-bəhlə paylaşdılar, sanki 4 min adam-filan olub.    

Azərbaycanın suyu, çörəyi, havası sizin burnunuzdan gəlsin. Əbləh yığını. Utanın-ölün. Girin, yerin dibinə. Erməniyə satılmış şərəfsizlər!” – deyə Partiya sədri fikirlərinə davam edib.  
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR