Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

Avropa Liqasının 2023/24 mövsümü üçün yarımfinal cütlükləri bəlli olub.
Aktual.az-ın məlumatına görə, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.
"Marsel"i ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.
Yarımfinal cütlükləri aşağıdakı kimidir:
"Marsel" (Fransa) - "Atalanta" (İtaliya),
"Roma" (İtaliya) - "Bayer" (Almaniya).
Bu mərhələdəki qarşılaşmalar mayın 2 və 9-da baş tutacaq.

Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR