Rodri İspaniya nəhəngi ilə anlaşdı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

İspaniya millisinin və İngiltərənin "Mançester Siti” klubunun futbolçusu Rodri Ernandes bu yay "Real Madrid”ə keçməyə çox yaxındır.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Mənbənin iddiasına görə, 30 yaşlı yarımmüdafiəçi şəxsi "Real Madrid”ə razılıq verib. Tərəflər arasında müqavilə detallarının yekunlaşdırılmasına az qalıb. Bildirilir ki, klub prezidenti Florentino Peres də 2024-cü ilin "Qızıl top” mükafatçısını transfer etməkdə getdikcə daha qətiyyətli mövqe tutur.
Hazırda Rodri ilə "Mançester Siti” arasında müqavilənin müddəti cəmi bir ildir. İngiltərə klubu bir müddət əvvəl ona yeni müqavilə təklif etsə də, ispan futbolçu hələlik bu təklifə cavab verməyib.
Klublar arasında rəsmi danışıqlar hələ başlamayıb. Lakin "Real Madrid” "Mançester Siti”nin tələb edəcəyi məbləği ödəməyə razı olsa, Rodrinin "Santyaqo Bernabeu”ya transferi tezliklə reallaşa bilər.
Qeyd edək ki, Rodri DÇ-2026-da İspaniya millisi ilə çempion olub. O, həmçinin turnirin ən dəyərli futbolçusu (MVP) seçilib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR