"Real Madrid" 2026/2027-ci illər mövsümündə geyinəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.
Aktual.az xəbər verir ki, "Adidas" şirkəti tərəfindən "kral klubu" üçün xüsusi olaraq ərsəyə gətirilən bu yeni geyim dəstində komandanın ənənəvi ağ rəngi qorunub saxlanılıb.
Formanın yeni dizaynında diqqətçəkən tünd yaşıl və çəhrayı elementlərə yer verilib. Belə ki, "Adidas"ın loqotipi, sponsor adları, həmçinin yaxalıq və qol ucları tünd yaşıl rənglə işlənib. Markanın məşhur üç zolağı isə çiyinlərdə çəhrayı rəngdə öz əksini tapıb.
Məlumat üçün bildirək ki, azarkeşlərin maraqla gözlədiyi bu yeni forma artıq iyunun 3-dən etibarən rəsmi satışa çıxarılıb.
Xəbər 36 dəfə oxunub.