Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı

Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı

Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.

Aktual.az xəbər verir ki, nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.
Elşad Məmmədov millət vəkili, nazirlə yaxın münasibətləri ilə seçilən Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.

Qeyd edək ki, AzNews.az bir müddət əvvəl Yasamal rayon Yol Polisi Şöbəsində ciddi qanun pozuntularıyla bağlı məlumat yayımlamışdı.

Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR