Radikal qruplaşmalar Azərbaycanda baza yaratmağa cəhd edir

Radikal qruplaşmalar Azərbaycanda baza yaratmağa cəhd edir

“Radikal dini qruplaşmalara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar:

“Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb, xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”.

Komitə sədri əlavə edib ki, Türkiyədə keçirilən tədbirdə islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi və vahid təqvim tətbiq edilməsi ilə bağlı razılığa gəlinib: “Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin. Bunun üzərində iş gedir. Burada əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də hansısa bir qətnamə qəbul edilsin".

M.Qurbanlının sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyi ondan ibarətdir ki, islam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır.

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR