Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

Bakıda "Formula-1" Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.


Aktual.az bildirir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bütün torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhülkəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR