Qənirə Paşayeva Taylandın dini liderləri ilə görüşdə olub

Qənirə Paşayeva Taylandın dini liderləri ilə görüşdə olub

Millət vəkili Qənirə Paşayeva Taylandda Cherntawan İnternational Centerdə Qarabağ və Azərbaycanda multukulturaizmdən danışıb.

Millət vəkili Qənirə Paşayeva Taylandda Cherntawan İnternational Centerdə dünyada toleranlığın azalması barədə çıxışı zamanı Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq barədə geniş məlumatlar verib. Millət vəkili bildirib ki, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Bu istiqamətdə din xadimlərinin, dini icmaların da üzərinə çox böyük yük düşür. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır.

Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”. Qənirə Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir: “Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklərin var və biz onlardan dərs almalıyıq”.

Qənirə Paşayeva Taylandda Cherntawan İnternational Centerdə bu ölkənin bütün dünyada tanınmış dini liderlərindən, “Vimuttayalaya Institute” qurucusu V.Vajiramedhi ilə görüş və mərkəz üzvlərinin də iştirakı ilə keçirilən tədbir zamanı bu istiqamətdə Azərbaycan xalqının üzləşdiri probemlıərdən də danışıb və Azərbaycan xalqının bu bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib: “Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq.

Bu gün dünyanın gələcəyini düşünən hər kəsin üzərinə böyük yük düşür”. Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir deyən millət vəkili həyata keçirilən işlərlə də bağlı geniş məlumatlar verib. Taylandda Cherntawan İnternational Centerdə keçirilən görüş və bu ölkənin bütün dünyada tanınmış dini liderlərindən olan V.Vajiramedhi ilə müzakirələr zamanı millət vəkilinə Azərbaycanla bağlı geniş məlumatlar üçün təşəkkür edilib.

Sufizm, Hz. Mevlana aşiqi olduğunu deyən, onu haqqında kitab yazdığını və yazdığı kitablarda islamın sülh dini olduğunu deyən V.Vajiramedhi Azərbaycanda müxtəlif etnik qruplar və dini inancların bir arada mehriban yaşamasını gözəl model adlandırıb və Azərbaycanlı köçkünlərlə bağlı duyduğu məlumatlardan təsirləndiyini deyərək insanlara qarşı harada baş verməsindən asılı olmayaraq bu cür ədalətsizliklərə, onların səbəblərinə qarşı birgə mübarizənin vacibliyi ilə bağlı millət vəkilinin fikirlərini də dəstəkləyib. Millət vəkili Q.Paşayeva görüşün sonunda Taylandın dünyada tanınmış dini liderlərindən olan, “Vimuttayalaya Institute” qurucusu V.Vajiramedhiyə və Cherntawan İnternational Centerə Azərbaycanla bağlı kitablar, materiallar və sənədli filmlər hədiyyə edib.

Aktual.az

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR