ABŞ yeni LRASM raketini sınaqdan keçirdi

ABŞ yeni LRASM raketini sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "B-2 Spirit" strateji bombardmançı təyyarəsi Sakit okean akvatoriyasında keçirilən təlimlər zamanı ən yeni uzaqmənzilli gəmi əleyhinə LRASM raketi vasitəsilə hədəf gəmini məhv edib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Qlobal Zərbə Komandanlığı X hesabında məlumat yayıb.
"Təyyarə böyük məsafələrdə strateji obyektlərə zərbə endirmək qabiliyyətini təsdiqləyib", - komandanlıq qeyd edib.
Fəaliyyət mənzili 800 km olan raketin sınaq buraxılışı Marian adalarından şimalda yerləşən ərazidə həyata keçirilib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR