ABŞ indi də Liviyanı birləşdirmək istəyir

ABŞ indi də Liviyanı birləşdirmək istəyir

Vaşinqton administrasiyası Liviyada birliyin bərpasına kömək etmək üçün tərəfdaşlarla işləmək niyyətindədir.
Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda Liviya Milli Ordusunun (LMO) komandan müavini Səddam Haftarla görüşdən sonra X hesabında yazıb.
O, Haftarla "Liviya silahlı qüvvələrinin birləşməsi və davamlı sülh üçün şəraitin yaradılması" mövzusunu müzakirə etdiyini qeyd edib: "Birləşmiş Ştatlar Liviyada sülh, birlik və rifahı təşviq etmək üçün Liviya liderləri və beynəlxalq tərəfdaşlarla əlaqələrini davam etdirəcək".
Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında Rubio və Haftarın "ölkənin hərbi, iqtisadi və siyasi qurumlarını birləşdirmək üçün Liviyanın rəhbərliyi altında atılan addımları" müzakirə etdikləri vurğulanıb. Dövlət katibi "bölünmələri aradan qaldırmaq və birliyə doğru irəliləmək səylərinə görə Liviya liderlərinə minnətdarlığını bildirib": "ABŞ Liviyanın birliyini dəstəkləmək və Liviyanı irəli apara biləcək demokratik yolla seçilmiş hökumətin formalaşdırılması üçün şərait yaratmaq məqsədilə diplomatik səylərdə aparıcı rol oynamağa davam edəcək".
Bloomberg 17 iyunda bildirib ki, ABŞ hakimiyyəti Liviyadakı vəziyyəti sabitləşdirməyə və neft ehtiyatlarına çıxış əldə etmək, yeni yataqları kəşf etmək üçün qarşıduran qüvvələr arasında atəşkəsə nail olmağa ümid edir.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR