Avropa üçün son 15 ilin ən riskli dövrü başlayır

Avropa üçün son 15 ilin ən riskli dövrü başlayır

Avropa Birliyi ən azı son 15 il ərzində ən aşağı qaz ehtiyatı səviyyəsi ilə növbəti istilik mövsümünə daxil ola bilər. Bu isə qış aylarında biznes və ev təsərrüfatları üçün təbii qazın qiymətlərinin artması riskini yaradır.
Aktual.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms” nəşri yazıb.
"Wood Mackenzie” konsaltinq şirkətinin proqnozuna görə, ənənəvi olaraq aprel-oktyabr aylarını əhatə edən qaz anbarlarının doldurulması mövsümünün sonunda AB-də yeraltı qaz anbarları cəmi 76% dolu olacaq. Bu göstərici ən azı 2011-ci ildən bəri mövsüm sonu üçün qeydə alınan ən aşağı səviyyə sayılır.
Bildirilir ki, bu vəziyyətə bir neçə amil səbəb olub. ABŞ və İran arasında yaranmış münaqişə nəticəsində Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması dayandırılıb. Halbuki dünya üzrə LNG tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan həyata keçirilirdi. Bundan əlavə, Qətər və Birləşmiş Ərəb Əmirliklərində qaz hasilatının azalması da ehtiyatların bərpasını çətinləşdirib.
Xüsusilə soyuq keçən qışdan sonra AB qaz anbarlarını cəmi 28% doluluq səviyyəsi ilə doldurma mövsümünə başlayıb ki, bu da həmin dövr üçün adi göstəricidən aşağıdır. Hazırda isə anbarların orta doluluq səviyyəsi 48% təşkil edir.
ABŞ və İsrailin fevral ayının sonunda İrana endirdiyi birgə zərbələrdən sonra Avropada qazın qiyməti kəskin bahalaşsa da, son vaxtlar qiymətlər nisbətən sabit qalıb. Lakin bu da başqa bir problem yaradıb: Avropa qaz hablarında qiymətlər ABŞ başda olmaqla, digər ölkələrdən əlavə LNG yüklərinin Avropaya yönləndirilməsi üçün kifayət qədər cəlbedici deyil.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR