Ronaldo: “Bütün valideynlərdən üzr istəyirəm”

Ronaldo: “Bütün valideynlərdən üzr istəyirəm”

Braziliya millisinin keçmiş hücumçusu Ronaldo Cənubi Koreya və Yaponiyada keçirilən 2002-ci il dünya çempionatındakı saç düzümü barədə danışıb.
Aktual.az İdman.Biz-ə istinadən bildirir ki, həmin vaxt Ronaldo başını demək olar ki, keçəl qırxdıraraq yalnız ön hissədə kəkil saxlamışdı.
"Əvvəlcə, bu fürsətdən istifadə edərək 2002-ci ildə saç kəsimimə görə bütün valideynlərdən üzr istəyirəm. O vaxt diz zədəm var idi və yalnız fiziki və zehni işi birləşdirən yeni məşq məni istədiyim yerə çatdıra bilərdi", - deyə "L'Equipe" Ronaldonun sözlərini sitat gətirib.
Həmin dünya çempionatında Braziliya dünya çempionu olmuşdu.
Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR