Qənirə Paşayeva Respublika Günü münasibəti ilə ordumuzu təbrik edib

Qənirə Paşayeva Respublika Günü münasibəti ilə ordumuzu təbrik edib

Millət vəkili Q.Paşayeva Respublika Günü münasibəti ilə Müdafiə Nazirliyi əməkdaşları ilə görüşüb və ordumuzu təbrik edib.

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsində qurumun əməkdaşları qarşısında Respublika Günümüz, bayramımız münasibəti ilə çıxış edən millət vəkili Q.Paşayeva Respublikamızın hansı böyük manelər şəraitində qurulması, onun tariximizdəki böyük yeri və rolu, böyük şəxsiyyətlərimiz barədə danışaraq birlidib ki müstəqil dövlətimizin varlığı hər bir azərbaycanlı üçün ən vacib, əziz və müqəddəs olmalıdır. Bütün Ordumuzu bayram münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva Aprel hadisələri barədə də geniş çıxış edib və düşmənin təxribatlarına cavab verən ordumuzun göstərdiyi qəhrəmanlığın beynəlxalq aləmdə, ölkə daxilində və müzakirələr masasına dəyişdiyi vəziyyət barədə danışıb və bütün şəhidlərimizin qarşısında hamımız baş əyirik deyib. Bu gün Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da inkişaf edir və güclü ordulardan birinə çevrilir, çoxlu sayda gənc peşəkar kadrlarımız yetişir deyən millət vəkili Q.Paşayeva apreldə baş verən hadisələr zamanı düşmən də, dünya da ordumuzun artan gücünü gördü deyən millət vəkili Q.Paşayeva bildirib ki, bütün Azərbaycan cəmiyyəti ordumuzun yanındadır. Hamımız ordumuzun könüllü əsgəriyik və vətənimiz üçün canımızdan keçməyə hazırıq deyən millət vəkili Q.Paşayeva Azərbaycan gənclərinin bu ruhda olmasının önəmindən danışıb. Qarabağ problemi ilə bağlı beynəlxalq təşkilatlarda vəziyyət, ikili standartlar barədə də danışan millət vəkili Q.Paşayeva ona ünvanlanan sualları da geniş cavablandırıb və maraqlı fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva çıxışını “Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək. İnanıram ki o gün uzaqda deyil”, - deyərək bitirib. Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş Idarəsi rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayeva maraqlı görüş və fikir mübadiləsi üçün təşəkkür ediblər və hər birimizin hər dəqiqə torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanımızın əmrindəyik deyərək ordumuzda görülən böyük işlərdən, əldə edilən nailiyyətlərdən danışıblar. Görüşdə qurumun qadın əməkdaşlarından birinin millət vəkili Q.Paşayeva müraciət edərək Ali Baş Komandanımız və bütün xalqımız bilsin ki, ordumuzda çalışan biz qadın əməkdaşlar da ordumuzdakı kişilərlə bərabər hər an torpaqlarımızı düşməndən azad etmək üçün canımızı belə verməyə hazırıq deməsi tədbirdə böyük rəqbətlə qarşılanıb. Millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan qadını ən qədim zamanlardan bu günə qədər hər zaman öz ataları, qardaşları, həyat yoldaşları ilə bərabər Vətən, Millət üçün bərabər çalışıblar,vuruşublar və ordumuzda bu gün də bu ruha sahib qadınlarızı görməkdən hamımız çox məmunuq. Millət vəkili Q.Paşayeva tədbirdən sonra qurumun qadın əməkdaşları ilə də fikir mübadiləsi aparıb və onların bayramlarını bir daha təbrik edib.
Millət vəkili Q. Paşayeva tədbir çərçivəsində aprel döyüşlərində iştirak etmiş bəzi hərbiçilərimizlə də görüşüb,söhbət edib, təbrik və təşəkkür edib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR